Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
40 yaşlı futbolçu tarixə düşdü
"Verder" klubu Almaniya kubokunun ilk turunda "Delmenhorst"u məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Sportfm.az xəbər verir ki, 6:1 hesabıyla bitən matçda Bremen təmsilçisinin futbolçusu Klaudio Pizarro yeni rekorda imza atıb. Belə ki, perulu hücumçu sözügedən qarşılaşmada iki qol vuraraq, Almaniya kuboku tarixində dubla imza atan ən yaşlı futbolçu olub.
68 və 74-cü dəqiqələrdə fərqlənən Pizarro, bu rekorda 40 yaş 10 aylığında nail olub.
Pizarro yeni mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Erlinq Holann tarixi yazdı - Yeni rekord
Almaniya millisində rekord - Ən gənc qol vuran futbolçu
Buffon tarixi rekorda imza atdı - 650 qarşılaşmada oynadı
Salah “Liverpul”un yeni rekordçusu oldu
38 yaşlı futbolçu klubla müqaviləsini yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası