"Zirə" "Neftçi"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, "Zirə" komandası evdə "Neftçi"ni qəbul edəcək. FİFA referisi Rəhim Həsənovun idarə edəcəyi görüş saat 21:00-da başlanacaq.
Hər iki kollektiv çempionata qələbəsiz start verib. "Zirə" səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzubsa, "Neftçi" evdə "Sabah"la heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası, II tur
26 avqust (bazar ertəsi)
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, II turun əvvəlki 3 qarşılaşmasında "Səbail" səfərdə "Sumqayıt"ı, "Qarabağ" "Qəbələ"ni darmadağın edib - 3:0. "Sabah" isə öz meydanında "Keşlə"yə uduzub - 0:1.
Oxşar xəbərlər
"Qarabağ" "Qəbələ"nin, "Neftçi" "Sabah"ın qonağı olacaq - Premyer Liqa
"Sabah" "Səbail"i, "Keşlə" "Zirə"ni qəbul edəcək
"Keşlə" "Qəbələ"ni səfərdə darmadağın etdi - YENİLƏNİR
"Zirə" "Neftçi"ni məğlub etdi
“Qarabağ” – “Qəbələ” oyunu İnqilab Məmmədova həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Avropa birinciliyində 3 medal















Misli Premyer Liqası