Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prosineçki Beqoviçi milliyə dəvət etmədi
AÇ-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanla oyunlar üçün Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qolkiperi Asmir Beqoviçə dəvət yollamayıb. Xorvatiyalı mütəxəssis "Ərzurumspor"da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, "Maribor"dan Kenan Piriçi və "Hapoel"dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.
Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubuna keçdikdən sonra üç oyun keçirib.
"Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir.
Oxşar xəbərlər
"Qarabağ"dan "Milan"a... FOTO
Prosineçki Beqoviçin cavabını verdi
Prosineçki Beqoviçin "Qarabağ"a transferinə münasibət bildirdi
"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı
Robert Prosineçki Şehiçi yanına çağırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası