Prosineçki Beqoviçin cavabını verdi
Bosniya və Herseqovina miillisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı yazdığı ittihamlara münasibət bildirib.
Sportfm.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini izah edib: "İttihamlarla bağlı mən də eşitmişəm. Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və "Qarabağ"a getdi. Orada da çox yaxşı oynayır. Biz bundan məmnunuq. Hər kəsin öz fikirləri var, o cümlədən Amir Beqoviçin də ittiham etmək hüququ var. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik".
Amir Beqoviç sosial şəbəkə hesabında yazdığı şərhdə oğlunun yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib. Amir 50 yaşlı mütəxəssisi təlxək adlandırıb.
Oxşar xəbərlər
Beqoviçin "Milan"dakı taleyi - Cəmi iki oyun
"Qarabağ"dan "Milan"a... FOTO
Prosineçki Beqoviçi milliyə dəvət etmədi
Beqoviç rəsmən "Qarabağ"da - FOTO
Prosineçki Beqoviçin "Qarabağ"a transferinə münasibət bildirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası