reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Hər üç rəqibimizdən zəifik"


UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun "Sent-Etyen” (Fransa) – "Qəbələ” oyunundan (1:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis görüşlə bağlı bunları söyləyib: "Rəqib oyuna görə qalib gəldi. Onlar daha üstün oynadılar və qol vurmaq imkanları da oldu. Düşünürəm ki, hesab oyuna görə idi. Amma bu nəticəyə sevinə də bilmərik. Lakin çox üzülməyə də əsasımız yoxdur. Çünki çox güclü komandaya uduzmuşuq. Təxminən 3 il əvvəl "Çernomorets”in baş məşqçisi olduğum vaxt Fransada "Lion”la keçirilən qarşılaşma ilə indiki oyunu müqayisə edə bilmərəm. Çünki fərqli vəziyyətlərdir. Həmin vaxt biz qrupdan çıxmışdıq və Fransa klubunu da keçə bilərdik. Lakin indi biz Avropa Liqasındakı matçlar hesabına təcrübə qazanırıq. Görürəm ki, hər üç rəqibimizdən zəifik. Düşünürəm ki, bu qarşılaşmalardan öyrənirik. Bu da komandamıza lazımdır. İnanıram ki, komanda daha güclü olacaq”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Bu imkanları qola çevirməyə borclu idik"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər