Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Maynts” (Almaniya) – "Qəbələ” oyunundan (2:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az klubun rəsmi saytına istinadən ukraynalı mütəxəssisin fikirləri ilə sizləri tanış edir: "Oyun haqda onu deyə bilərəm ki, "Maynts”ın qələbəsi tam qanunauyğundur. Meydanda baş verənlər göstərdi ki, rəqib daha güclü idi. Qələbə münasibətilə rəqibi təbrik edirəm. Öz futbolçularıma təşəkkür edirəm. Bu həm gördükləri işə, həm avrokubok mövsümünə görədir. Bu məğlubiyyətə baxmayaraq, oyunçularımı çox üzülməməyə, başlarını uca tutmağa çağırıram. Çox yaxşıdır ki, biz bu səviyyəni gördük. Futbolçular başa düşməlidir ki, nəyə can atmalıdırlar və böyük futbol oynamaq üçün nə etməlidirlər”.
Oxşar xəbərlər
Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"
Roman Qriqorçuk: "Bu, komandamızın inkişaf etdiyini göstərir"
Roman Qriqorçuk: "Hər üç rəqibimizdən zəifik"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası