Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Heç kim Ronaldo və Messi ilə müqayisə oluna bilməz" -Qvardiola
“Mançester Siti”də yüksək səviyyədə oyun göstərən futbolçulardan biri Rahim Sterlinqdir. Komanda yoldaşı, İngiltərə millisinin üzvü Trevor Sinkler Sterlinqin Kriştiano Ronaldo və Lionel Messi ilə eyni səviyyədə olduğunu bildirib.
Sportfm.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu haqda yüksək fikirdə olduğunu gizlətməyib. Amma Sinklerin belə fikir söyləməkdə tələsdiyini düşünür.
“Şadam ki, Sterlinq klubda və milli komandada belə yaxşı oynayır. Sterlinqə heyranam, amma heç kim Ronaldo və Messi ilə müqayisə oluna bilməz. Rahim zəhmətkeş futbolçu, yaxşı oğlandır”, - Qvardiola belə deyib.
Rahim Sterlinq İngiltərə milli komandasında oynasa da, Yamaykada doğulub. “Mançester Siti”yə 4 il əvvəl “Liverpul”dan gəlib. “Siti” hücumçunu 49 milyon funt sterlinqə almışdı.
Oxşar xəbərlər
Sterlinq London klubu ilə anlaşdı
Messi “Barselona”ya 15 milyon qazandıracaq
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
FIFA qalibləri açıqlayacaq
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası