Almaniya klubu Nazarovla müqavilə imzalayacaq
Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubundan yeni müqavilə təklifi alıb.
Sportfm.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin sahibi Helqe Leonhardt "Bild"ə açıqlamasında Dmitri Nazarov, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixə yeni müqavilə təklif etdiklərini deyib. Onun sözlərinə görə, futbolçularla 2023-cü ilin yayına qədər yeni müqavilə imzalanacaq:
"Futbolçuların agentləri ilə danışıqların son mərhələsindəyik. Nəyəsə nail olmaq istəyiriksə, yaxşı və xarakteri güclü futbolçulara ehtiyacımız var. Bu, təhlükəsizliyimizi təmin edir".
29 yaşlı yarımmüdafiəçinin 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçunun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
Dmitri Nazarov Almaniya klubundan ayrılır
Almaniya klubu millimizin üzvünə müqavilə təklif etdi - Nazarov qayıdır
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
Nazarov Almaniya klubu ilə müqavilə yenilədi
Dmitri Nazarov klubunu dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası