reklam
Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək
Sportfm.az xəbər saytı

Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək


Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu boş tribunalar önündə keçirə bilər.

Sportfm.az xəbər verir ki, buna səbəb sentyabrın 9-u Budapeştdə keçirlmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.

UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandıracaq. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Bundan əlavə, federasiyalar 20 min avro cərimələnəcək.

Slovakiya və Macarıstan tərəfi cəzalara görə etiraz edəcəklərini açıqlayıb.

UEFA qərarı təsdiqləsə, Macarıstan - Azərbaycan və Slovakiya - Uels oyunları boş tribunalar önündə keçiriləcək.

Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.

Oxşar xəbərlər

Macarıstan millisinə ağır cəza - Azarkeşsiz oynacaq
Yığmamızın oyununu stadiondan 15 min uşaq izləyəcək - Cəzaya görə
Futbol üzrə millimizin oyunlarının təqvimi müəyyənləşdi - Xorvatiya ilə başlayırıq... CƏDVƏL
Azərbaycan yığması "Slovakia Cup 2018"də
UEFA-dan 65 min avroluq cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər