Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı misirli Ahmed Abdelsamiya və belaruslu Nikita Starovoytovu ipponla yendikdən sonra 1/4 finalda rusiyalı Nodar Onoprienkoya uduzub. Bakıdakı Yeniyetmələrin Yay Olimpiya Festivalının qalibi olmuş cüdoçu təsəlliverici görüşdə moldovalı Alin Baqrinə 95 saniyəyə ipponla qalib gəlib. Onun 3-cü yer uğrunda görüşdə rəqibi yaponiyalı Mitsuki Suqavara olacaq.
70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatının əvvəlki yarış günlərində Azərbaycan cüdoçularından Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Cüdoçmuz bürünc medal uğrunda görüşdə uduzdu
Turan Bayramov bürünc medal görüşünə çıxacaq
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
3 cüdoçumuz Qran-pridə medal uğrunda görüşlərə vəsiqə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası