Turan Bayramov bürünc medal görüşünə çıxacaq
Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Adil Marlenə qalib gəlib. O, finala vəsiqə uğrunda qırğızıstanlı Çingizxan Saqnaliyevlə qarşılaşacaq. Eyni çəkidə yer alan Turan Bayramov isə 1/4 finalda qazaxıstanlı Nursultan Zaizaqaliyevə məğlub olub.
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi olan Bayramov təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini ipponla udub. O, bürünc medal uğrunda Adil Marlen (Qazaxıstan) - Davit Baxbaxaşvili ilə qarşılaşacaq.
66 kq çəkidə Mətin Rzazadə iki görüşdə qalib gəlsə də, 1/8 finalda braziliyalı Mateus Pereyraya yenilib.
Qızların mübarizəsində 48 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda türkiyəli Buketnur Karabulutla bacarmayıb. 52 kq çəkidə Zeynəb Məmmədova isə eyni mərhələdə yaponiyalı Kaori Tadaya uduzub.
Oxşar xəbərlər
Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq - Avropa çempionatı
Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Nicat üçün həqiqət anı - bürünc medal qazana bilər
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Cüdoçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası