reklam
Cüdoçmuz bürünc medal uğrunda görüşdə uduzdu
Sportfm.az xəbər saytı

Cüdoçmuz bürünc medal uğrunda görüşdə uduzdu


Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında medal qazana bilməyib. 

Sportfm.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı bürünc medal uğrunda görüşdə yaponiyalı Mitsuki Suqavaraya uduzub. Suquvara 28 saniyəyə ipponla qalib gəlib. 

Beləliklə, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 gümüş, 1 bürünc medalla başa vurublar. Həmin medallara müvafiq olaraq, Kamran Süleymanov (60 kq) və Vüqar Talıbov (73 kq) sahib çıxıb.

Qeyd edək ki, sentyabrın 29-da Azərbaycan cüdo yığması komandalararası dünya çempionatına qatılacaq. 1/8 final mərhələsində rəqib Çin Taypeyi olacaq. Qalib komanda 1/4 finalda Avstraliya ilə qarşılaşacaq.  

Oxşar xəbərlər

İki cüdoçumuzdan böyük uğur
İlk gündə 3 medal - Böyük Dəbilqə
Cüdo yığmamız tarixində ilk dəfə dünya çempionatının finalına yüksəldi
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Turan Bayramov bürünc medal görüşünə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər