reklam
AFFA erməni təxribatına reaksiya verdi
Sportfm.az xəbər saytı

AFFA erməni təxribatına reaksiya verdi


AFFA rəhbərliyi Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

Sportfm.az xəbər verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

UEFA “Qarabağ”ı cərimələdi
UEFA "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı qərar gələn həftə açıqlanacaq
“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi - FOTO
UEFA təxribatla bağlı qərar verdi
"Düdelanj" - "Qarabağ" matçında erməni təxribatı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər