reklam
Olimpiya çempionu falçının qurbanı oldu -
Sportfm.az xəbər saytı

Olimpiya çempionu falçının qurbanı oldu -FOTO


Fiqurlu konkisürmə üzrə 2014-cü ildə Olimpiya çempionu olan rusiyalı Adelina Sotnikova özünü falçı kimi təqdim edən şəxsin tələsinə düşüb.

Sportfm.az "Ren TV"yə istinadən xəbər verir ki, 23 yaşlı idmançı "Instagram"da falçı ilə tanış olub. Sotnikovaya özünü Olqa kimi təqdim edən falçı ilə görüşmək istəsək də, rədd cavabı alıb. Olqa ancaq onlayn xidmət göstərdiyini bildirib.

Olimpiya çempionu Olqanın bank hesabına 2 milyon rubl (52 min 600 manat) ödəmə həyata keçirib. Bundan sonra falçı hesabını bağlayıb və idmançı ilə əlaqəni kəsib. 

Sotnikova polisə müraciət edib. Hazırda araşdırmalar davam edir. 

Gənc idmançı 2016-cı ildən yarışlara qatılmır. Buna baxmayaraq, o, karyerasını başa vurduğunu açıqlamayıb.

Oxşar xəbərlər

Azərbaycanın fiqurlu konkisürəni karyerasını niyə bitirdi? - Səbəbini açıqladı
Olimpiya çempionu "İnstagram" hesabını bağladı - Hədə-qorxu
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
Zəhra Universiadanın sürprizi oldu - FOTO
Olimpiya çempionu məşqçisini zorlamada ittiham etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər