Azərbaycanın 12 güləşçisi Qitələrarası Kubokda iştirak edəcək
Azərbaycanın 12 sərbəst güləşçisi oktyabrın 11-dən Rusiyanın Xasavyurt şəhərində start götürəcək Qitələrarası Kubokda iştirak edəcək.
Sportfm.az xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəni gənclərdən ibarət yığmanın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov 3 gün davam edəcək turnirdə ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçilərinin adları açıqlandı - Bolqarıstan turniri
Azərbaycan yığmalarının heyəti açıqlandı - Kiyev turniri üçün
Hacıyev Qitələrarası Kubokda bürünc medal qazandı
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası