reklam
David Vilya İspaniya millisinə qayıdır?
Sportfm.az xəbər saytı

David Vilya İspaniya millisinə qayıdır?


"Barselona”nın sabiq hücumçusu David Vilya yenidən İspaniya yığmasında forma geyinə bilər. Komanda.az xəbər verir ki, bu barədə İspaniya millisinin baş məşqçisi Xulen Lopoteqi "Marka” nəşrinə açıqlamasında danışıb. O, millinin qapılarının hamının üzünə açıq olduğunu bildirib:
"Vilya hazırda yaxşı formadadı. Onu yenidən milliyə dəvət edə bilərəm. Biz heç kimin üzünə millinin qapılarını bağlamırıq”.
Xatırladaq ki, hazırda MLS təmsilçisi "Nyu-York Siti”də top qovan 34 yaşlı futbolçu 2005-2014-cü illər aralığında İspaniya millisinin şərəfini qoruyub. Vilya bu müddətdə yığmanın heyətində meydana çıxdığı 97 oyunda 59 qola imza atıb. O, İspaniya millisinin tarixi ərzində ən çox qol vuran futbolçudu.

Oxşar xəbərlər

Futbol tarixinin rəmzi komandası - İspaniyada
İspaniya millisinin tarixinə düşdü - Qol vuran ən gənc futbolçu
Karyerasında 400-cü qolunu vurdu
David Vilya ən yaxşı seçildi
“Arsenal”ın sabiq hücumçusu aşağı liqa klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər