19 yaşlı hücumçu yeni rekoda imza atdı
Avstriya "Zaltsburq"unun futbolçusu Erlinq Holand Çempionlar Liqasının rekordçusu adına yiyələnib.
Sportfm.az xəbər verir ki, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı forvard son olaraq, İtaliya "Napoli"si ilə görüşdə (2:3) "dubl" edib. O, ilk turda Belçika "Genk"ini 3, növbəti turda isə İngiltərə "Liverpul"unu 1 dəfə məyus edib.
Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa "Marsel"ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.
Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə - Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub.
Oxşar xəbərlər
Erlinq Holanndan yeni rekord
Erlinq Holann tarixi yazdı - Yeni rekord
Salah rekorda imza atdı - Droqbanı keçdi
Çempionlar Liqasında yeni rekord - Vurduğu qolların sayı 16 oldu
Haland rekorda imza atdı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası