Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
16 yaşlı qapıçı yeni rekorda imza atdı
Fransanın "Renn" klubunun qapıçısı Pepe Bone UEFA Avropa Liqasında rekord müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, Konqo əsilli qolkiper qitəmiqyaslı yarışda 16 yaş 254 günlüyündə debüt edib. O, Rumıniya ÇFR-i ilə III tur matçının 8-ci dəqiqəsində meydana buraxılıb. Səbəb əsas qapıçı Eduard Mendinin qırmızı vərəqə alması olub.
Bone Avropa Liqasının ən gənc qapıçısı ünvanına yiyələnib.
Qeyd edək ki, Renn şəhərindəki "Stad de la Rut" stadionunda təşkil olunmuş qarşılaşma ÇFR-in qələbəsi ilə yekunlaşıb - 1:0.
Oxşar xəbərlər
"Keşlə"nin legioneri rekorda imza atdı - Millidə
Buffon tarixi rekorda imza atdı - 650 qarşılaşmada oynadı
"Çelsi" yeni transferini açıqladı - 25 milyonluq
Kilian Mbappe cəzalandırıldı
Çempionlar Liqasında iki rekorda imza atdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası