reklam
Boksçumuz finalda - Avropa çempionatı
Sportfm.az xəbər saytı

Boksçumuz finalda - Avropa çempionatı


Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.

Oxşar xəbərlər

İki boksçumuz yarımfinalda - Avropa Çempionatı
5 boksçumuz 1/4 finalda - Avropa Çempionatı
Boksçularımız Avropa çempionatına yollandı
Boksçumuz Avropa çempionatının finalında
İki boksçumuz finalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər