"Zirə"nin "Sumqayıt"la 18-ci dueli
Bu həftə Azərbaycan Premyer Liqasında X turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblərin Azərbaycan çempionatları çərçivəsində 18-ci duel olacaq.
Bu qarşılaşmalarda “Qartallar” daha çox – 10 qələbə qazanıb. 3 matçda 1 xal əldə edən qəsəbə təsmilçisi yalnız 4 dəfə uduzub. Son 4 qarşılaşmada meydanı qələbə ilə tərk edən "Zirə" top fərqində də üstünlüyə malikdir. Rəqib qapısından 23 top keçirən komanda 13 qol buraxıb. “Sumqayıt”la görüşlərdə “Qartallar”ın ən məhsuldar oyunçuları Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Bu futbolçular hərəyə 3 dəfə fərqləniblər.
Öz meydanında 9-cu dəfə “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək “Zirə” əvvəlki görüşlərdə 6 qələbəyə sevinib. “Doğma divarlar” arasında bir heç-heçə və bir məğlubiyyəti olan zirəlilər qonaqların qapısından 14 top keçirib, 6-nı buraxıb.
Oxşar xəbərlər
"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu - Premyer Liqa
“Zirə” – “Neftçi”: 20-ci duel
"Zirə"nin "Sumqayıt"la 19-cu dueli
"Zirə"nin "Keşlə" ilə 17 dueli
"Zirə"nin "Sumqayıt"la 17-ci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL














_1694603125.png)
Misli Premyer Liqası