Obradoviç Lixtenşteyni məğlub etməmizdən razı qalıb:"Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq"
“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı”.
Sportfm.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Lixtenşteynlə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis Sumqayıtda qazandıqları qələbəni (1:0) belə şərh edib: “Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq. Bu gün satdionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.
Oxşar xəbərlər
"Bu cür səhvləri bağışlamırlar" - Milan Obradoviç
Füzuli Məmmədov qələbəni şərh etdi - "Çətin olacağını bilirdik"
"Futbolçulardan razı qaldım" - Milan Obradoviç
Milan Obradoviç: "Yaxşı istirahət etməli..."
"Bizi nə gözlədiyini əvvəldən bilirdik" - Millimizin baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası