Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sergey Zenyov Belçikaya gedir
"Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun adı Baltikyanı ölkə təmsilçisinin bu gün açıqlanan heyətində yer alıb. Belə ki, Estoniya yığmasının baş məşqçisi Martin Reym DÇ-2018-in seçmə mərhələsinin Belçika ilə səfər oyununda Zenyovu da sərəncamında görməyi lazım bilib.
Noyabrın 13-də Brüsseldə keçiriləcək matça dəvət alan hücumçu Topaz Premyer Liqasının noyabrın 6-dakı qarşılaşmasından sonra vətəninə yollanacaq. Həmin gün "Qəbələ” AZAL-ın qonağı olacaq.
Qeyd edək ki, Zenyov indiyədək yığmada 54 oyun keçirib, 10 qol vurub.
Oxşar xəbərlər
“Qəbələ”nin sabiq oyunçusu Estoniya klubunda - 2 illik müqavilə
"Qəbələ"nin 5 futbolçusu üç yığmada!
"Qəbələ" Ukraynaya yollanır
Avropa Liqası: "Qəbələ" növbəti mərhələyə - VİDEO
Zenyov "Samtrediya"ya qarşı oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası