Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin 5 futbolçusu üç yığmada!
"Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turunda iştirak ediblər.
Sportfm.az xəbər verir ki, C qrupunda çıxış edən Azərbaycan milli komandasının Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar. Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib.
Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. D qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. Yarımmüdafiəçimiz start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub. Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. H qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçumuz 79-cu dəqiqədə əvəzlənib.
Oxşar xəbərlər
Nazarov mövsümün son oyununda sevindi
Millimizin futbolçusu liderə qarşı 80 dəqiqə oynadı
"Qəbələ"nin legioneri millidə 90 dəqiqə oynadı
"Qəbələ"li Atakora Afrikada fərqləndi
Yığmamızın 221-ci futbolçusu kimdir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası