reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Bu, komandamızın inkişaf etdiyini göstərir"


UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qəbələ” – "Sent-Etyen” (Fransa) oyunundan (1:2) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssisin fikirləri ilə sizləri tanış edir: "Sent-Etyen”lə görüş cari mövsümdə 4-cü qrup oyunudur. İlk dəfə top-çempionat komandası ilə bərabər oynadığımızı deyə bilərəm. Bu, komandamızın inkişaf etdiyini göstərir. Bu məni sevindirir. Ümid edirəm ki, bu inkişaf davam edəcək. Qələbəni rəqibə hədiyyə etdiyimizi söyləməzdim. Yalnız ikinci qol kobud səhvdən sonra vuruldu. Mən bu səhvə görə Rəşad Sadiqovu qınamıram. Ona dəstək olmağa çalışıram. Bunu unutmağı tövsiyə edirəm. Rəşad bizim üçün vacib oyunçudur. İndi hər futbolçu haqda danışa bilərik. Teo Uiks bu gün pis oynamadı. Özü üçün doğma olmayan dayaq yarımmüdafiəçisi mövqeyində kifayət qədər yaxşı çıxış etdi. Ona hər hansı irad bildirmək olmaz. Bu turnirdə çıxış etdiyimiz üçün şadıq. Mərhələ keçmək şansımız qalmasa da, nə isə öyrənmək imkanımız var. Özümüzdən bəhs etdirməyə, futbolçularımızın özünü mütəxəssislərin gözündə yüksəltməsi üçün şansımız var. UEFA Avropa Liqasındakı hər qarşılaşma vacibdir. Mərhələ adlamaq şansımız olmadığı üçün son iki görüşə motivasiyasız çıxmayacağıq. Öncədən də şansımızın az olduğunu bilirdik. Mənim üçün də, futbolçular üçün də hər qarşılaşma çox vacibdir. Hansısa oyunçumuzun meydana motivasiyasız çıxdığını görsəm, buna təəccüblənərəm”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Bu imkanları qola çevirməyə borclu idik"
Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"
Roman Qriqorçuk: "Bütün matçlara qələbə qazanmaq istəyi ilə yanaşırıq"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər