reklam
Sabiq
Sportfm.az xəbər saytı

Sabiq "Qarabağ"lı qol vursa da, Prosineçkinin Super Liqadakı debütü kabusa döndü -VİDEO


Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, "Kayserispor" yeni baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Super Liqada ilk matçını keçirib. Komanda səfərdə "Alanyaspor"a 1:5 hesabı ilə uduzub. Kayserililərin yeganə qolunu "Qarabağ"ın keçmiş üzvü Pedro Enrike vurub. 

Azərbaycan millisinin sabiq baş məşqçisi daha öncə 2012-2013-cü illərdə "Kayserispor"u çalışdırıb. 

Super Liqada turnir cədvəlinə 37 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 36 xalla 2-ci, "Fənərbaxça" 34 xalla 3-cü, "Alanyaspor" 32 xalla 3-cüdür. 10 xalı olan "Kayserispor" sonuncu - 18-ci sırada qərarlaşıb. 

"Alanyaspor" - "Kayserispor" - 5:1

Qollar: Georgios Tzavellas, 38, Anastasios Bakasetas, 59, Papiss Sisse, 62, Junior Fernandes, 84, 90+2 - Pedro Enrike, 87

Oxşar xəbərlər

"Trabzonspor"a çempionluq yolunda böyük zərbə - VİDEO
"Fənərbaxça" xal itirdi
"Qalatasaray" turu 3 xalla başa vurdu - VİDEO
Şehiçin qapısına 3 dəfə penalti təyin edildi - VİDEO
"Beşiktaş" "sarı-qırmızılar"ı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər