"Qəbələ" Türkiyədə son sınağına çıxır
Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışında sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüş “Arkadia” meydançalarında baş tutacaq. Matç Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Knyajnanı təmsil edən “Konkordiya” 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. Ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.
Bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.
18:30. “Qəbələ” – “Konkordiya”.
Oxşar xəbərlər
Asif və Amin rumınlara sevinməyə imkan vermədi
"Qəbələ"nin görüşü qolsuz başa çatdı
"Qəbələ" 3-cü sınağında
"Qəbələ"nin rəqibi dəyişdi
"Qəbələ"nin sonuncu oyununun vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası