"Azərbaycanla oyunda layiqli qələbə qazandıq" -Mato Stankoviç
Xorvatiyanın futzal millisinin baş məşqçisi Mato Stankoviç dünya çempionatının elit-raundunda Azərbaycan yığması ilə keçirdikləri oyun haqda danışıb.
Sportfm.az xəbər verir ki, 50 yaşlı xorvartiyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında çətin qələbə qazandıqlarını bildirib.
"Çətin oyun olacağını gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan millisinin Azərbaycanla az əlaqəsi var. Heyət əsasən Azərbaycan, İran və braziliyalı futzalçılardan ibarətdir. Ona görə də belə çətin duel olacağını bilirdik. Ancaq oyunun böyük hissəsində dominantlıq etdik. Müdafiədə keyfiyyətli oynamaqla layiqli qələbə qazandıq. Bununla belə, zəif rəqib yoxdur. Hər komanda bir-birini məğlub edə bilər. Eyni oyunu Slovakiya ilə görüşdə də davam etdirməliyik" - Stankoviç deyib.
Qeyd edək ki, Xorvatiyanın Osiek şəhərində təşkil olunan dünya çempionatının elit-raundunun ilk turunda meydan sahiblərinə 0:2 hesabı ilə uduzan Azərbaycan yığması bu axşam Rusiya ilə qarşılaşacaq. Stankoviçin rəhbərlik etdiyi komanda isə Slovakiya ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Heç bir sədd keçilməz deyil" - Millimizin üzvü
"Azərbaycanlı" Fineo: "Mən də dəqiq oynamaq istəyirdim"
Futzal yığmamız Slovakiya ilə oyunda xal itirdi - Komandamızın taleyi xorvatiyalılardan asılıdı
Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq
Azərbaycan millisi ilk oyunda Xorvatiyaya məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası