Yüksək Liqada növbəti görüşlərin təqvimi açıqlandı
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtı və yeri dəqiqləşib.
Sportfm.az xəbər verir ki, birinci dövrədə keçiriləcək matçlar fevralı 8-də və 12-də oynanılacaq.
Fevralın 8-də meydana əvvəlcə “Neftçi” və MOİK klubları çıxacaqlar. Qarşılaşma saat 14:00-da başlayacaq. Saat 16:00-da “Xilasedici” komandası “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Kompleksində oynanılacaq.
Dörd gün sonra – fevralın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Bu matçdan sonra isə “Xilasedici” və “Murov” komandaları qarşılaşacaqlar. Bu oyun da FHN-in İdman-Sağlamlıq Kompleksində keçiriləcək. Birinci matç saat 14:00-da, ikinci görüş isə saat 16:00-da start götürəcək.
Oxşar xəbərlər
Superliqada növbəti oyunların proqramı - SİYAHI
Növbəti turların proqramı açıqlandı - Yüksək Liqa
Təxirə salınan oyunun vaxtı açıqlandı - Yüksək Liqa
Yüksək liqada oyunların vaxtı məlum oldu - Voleybolda
Yüksək Liqada növbəti oyunların vaxtı - 26-27-29 Yanvar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası