Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva komandamızı təbrik etdi -FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.
Sportfm.az xəbər verir ki, təbrik mesajı Birinci vitse-prezidentin "Instagram" səhifəsində yerləşdirilib.
M.Əliyeva yazıb: "İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Oxşar xəbərlər
Mehriban Əliyeva Kotsoyevi təbrik etdi
İlham Əliyev İrəvanda medal qazanan türk idmançıları təbrik etdi
Prezident İlham Əliyev yığma komandamızı təbrik etdi - FOTO
Güləşçilərimizdən rekord göstərici
Prezident və xanımı dünya çempionunu təbrik etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası