reklam
“Qızıl Qran Pri” turnirinə 700-ə yaxın iştirakçı qatılacaq
Sportfm.az xəbər saytı

“Qızıl Qran Pri” turnirinə 700-ə yaxın iştirakçı qatılacaq


Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Sportfm.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. 
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq. 
Yarışın yayımçısı "İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir. 
 

Oxşar xəbərlər

Bakı Avropa çempionatına ev sahibliyi edəcək
Ölkə çempionatında bir ilk yaşanacaq
Qadın güləşçilərimiz 3 medal qazandı
"Qızıl Qran Pri" turnirinin final mərhələsində iştirak edəcək heyət
Semyon Çterev: "Qızıl Qran Pri"nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər