reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Zirə"ni məğlub etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. 

Sportfm.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəlib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən İlkin Muradov açıb. 80-ci dəqiqədə qonaq komandadan Fernan Lopes, 87-ci dəqiqədə isə Rövlan Muradov fərqlənib. 

Beləliklə, 4 oyunluq məğlubiyyət seriyasına son qoyan "Qəbələ" xallarını 16-ya çatdırıb. Əyalət komandası yenə 8-ci yerdə qalıb. Ardıcıl 4-cü dəfə uduzan "Zirə" isə 20 xalla 6-cı pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Keşlə" ilə  2:2, "Qarabağ" "Sabah"la 0:0 hesablı heç-heçə edib. Tura saat 17:00-da başlanacaq "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.  

Oxşar xəbərlər

"Zirə" əsas rəqibinə uduzdu, "Neftçi" qalib gəldi - Premyer Liqa
"Qəbələ"dən darmadağın - Premyer Liqa
"Qarabağ" "Zirə"ni məğlub etdi - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
"Zirə" "Qəbələ" matçında qalib müəyyənləşmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər