reklam
Sportfm.az xəbər saytı

"Zirə" əsas rəqibinə uduzdu, "Neftçi" qalib gəldi -Premyer Liqa


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib. 

Sportfm.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.

17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. 63-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, "gənclik şəhəri" təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək, meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov  daxil olub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan "Sumqayıt" isə 15 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Səbail"lə qolsuz, "Qarabağ" "Sabah"la 1:1 hesablı heç-heçə edib, "Zirə" isə gözlənilmədən "Qəbələ"yə uduzub - 0:3.

Oxşar xəbərlər

"Sabah" qələbə qazandı, "Qarabağ" "Qəbələ"ni darmadağın etdi - Premyer Liqa
"Qəbələ"dən darmadağın - Premyer Liqa
"Qarabağ" xal itirdi, "Sabah" bərabərə qaldı - Azərbaycan Premyer Liqası
İlk dövrənin qalibi "Sumqayıt"dır - Premyer Liqa
"Qəbələ" "Zirə"ni məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər