Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kamran Ağayevin klubundan saxtakarlıq: Futbolçuya saxta sənədlərə qol çəkdiriblər
Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın "Boavişta” klubunun sabiq futbolçusu Uçe Novoforla problemi var. Sportal.az xəbər verir ki, Portu təmsilçisi 25 yaşlı nigeriyalı futbolçunu aldadıb. Belə ki, klub ona olan 110 min avronu verməkdən imtina edir. "Boavişta” futboçuya olan borcları ödəmək üçün sənədlərə qol çəksə də, həmin sənədlər saxta olub.
Bunu futbolçunun özü Nigeriya mətbuatına açıqlamasında deyib: "Mövsümün gedişi zamanı "Boavişta” mənim maaşımı azaltmağa cəhd etdi və mən bununla razılaşmadım. Daha sonra onlar mənimlə müqaviləyə xitam verdilər. Klub müqaviləmə son qoysa da, mənə ödəniləcək təzminatı verməkdən imtina etdi. Onlar yalançı sənədlərə qol çəkib, başımı aldatdılar. Məsələ ilə bağlı FİFA-ya şikayət etmişəm. Ümid edirəm ki, məsələ həllini tapacaq”.
Qeyd edək ki, Uçe hazırda "Trençin” klubunda çıxış edir.
Oxşar xəbərlər
"Boavişta"dan Kamran Ağayev açıqlaması: "O, böyük qapıçıdı və komandada qalmalıdı"
Kamran Ağayevin "Boavişta"sı "Sportinq"ə qarşı
Kamran Ağayevin etdiyi səhv komandasını uduzdurdu
Kamran Ağayev cəzalandırıldı
Daha bir futbolçumuz Portuqaliya klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası