Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanovdan anlamlı ziyarət -FOTOLAR
Bu gün "Qarabağ"ımızın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanov fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.
Daha sonra baş məşqçimizə fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib. Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Boççia sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir. Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub.
Q.Qurbanov Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub. Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən mütəxəssis onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib.


Oxşar xəbərlər
Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə etdi – FOTO
Qəbələdə anlamlı ziyarət - FOTO
Azərbaycanda yeni idman federasiyası yarandı - FOTO
Azərbaycan telekanalında boççia oynadılar - FOTO
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası