Ronaldinyonun lüks dustaqlığı -FOTO
32 gün həbsdə qalan Ronaldinyo və qardaşının ev dustaqlığı prosesi başlayıb.
Sportfm.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 1,6 milyon girov müqabilində həbsxanadan çıxan əfsanəvi oyunçu qardaşı ilə birgə Paraqvayda polis nəzarətindədir. O, ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir. Ronaldinyo otelin ən bahalı nömrəsi sayılan Prezident nömrəsini seçib. Bu nömrə üçün 24 saat ərzində xidmət göstərilir. Həmçinin otelin damında xüsusi basseyn var. 40 yaşlı Ronaldinyo kokteyl bar, trenajor zalı və sairdən də istifadə edə bilər.
Qeyd edək ki, həmin oteldə adi nömrələrin qiyməti pandemiyaya görə hazırda 100 avroya düşüb. Amma normalda qiymət indikindən 3-4 dəfə baha olur.
Xatırladaq ki, Ronaldinyo ötən ayın əvvəli saxta pasportla Paraqvaya daxil olduğuna görə həbs edilmişdi.



Oxşar xəbərlər
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo 6 aylıq həbsə məhkum edildi - QƏRAR
Ronaldinyo yenidən polis məntəqəsində - FOTO
Ronaldinyo sərbəst buraxıldı
Ronaldinyo həbs ediləcək - Paraqvay prokuroru qərar verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)




Misli Premyer Liqası