Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həmişəki hadisə - azərbaycanlı futbolçu geri qayıdır
"Daim rəhbərliklə və baş məşqçi ilə əlaqədə oluram. Hazırda o qədər qərarsızlıq var ki, klub rəhbərliyi də heç nə deyə bilmir. Bir az səbirli olmaq lazımdır. Hansısa qərar alınsa, bizə də məlumat veriləcək"
Sportfm.az xəbər verir ki, bu sözləri Sportinfo.az saytına açıqlamasında Bosniya və Hersoqovinanın "Çelik" klubunun müdafiəçisi Elvin Yunuszadə deyib.
Azərbaycanlı futbolçu onu "Çelik"ə aparan Ümit Özatın Bosniyadan ayrılmaq istəməsi ilə bağlı açıqlamasında münasibət bildirib: "Ümit Özatın açıqlamasını oxumuşam. Onun işçi vizası ilə bağlı problemi hələ də qalır.
Mən özüm də vizanı çox gec aldım. İşçi vizası düzəlsə, bildiyim qədəri ilə çempionatın axırına kimi komandada qalacaq. Əslində, hər şey qaydasında olsaydı belə, yaya kimi qalmaq fikri vardı. Düzdür, məni ora Ümit Özat aparıb. Amma bu futboldur, hər vəziyyətlə razılaşmaq lazımdır".
Yunuszadə özünün gələcək karyerası ilə bağlı isə hələ də tərəddüt içindədir: "Mənim özümün də müqaviləm yayda başa çatır. Heç özüm də necə olacağını bilmirəm.
Düzü, "Çelik"də çox qalmaq istəmirəm. Daha yaxşı çempionatlara getmək istəyirəm. Fikrim yaya kimi orda oynayıb, ondan sonra başqa yerə getmək idi, sadəcə, koronavirus söhbətləri ortaya çıxdı.
Ona görə belə qarışıq vəziyyət yarandı. Yayda, yəqin ki, qərar verməyə vaxtım olacaq. İndi karyera ilə bağlı konkret nəsə demək olmur. Bir az səbirli olmaq və gözləmək lazımdır".
Oxşar xəbərlər
"Futbolsuz qalmaq çox çətindir" - Elvin Yunuszadə
"Qəbələ"nin vəziyyəti ağırdı" - Merab Qiqauri
Azərbaycanlı futbolçu:"Hava limanında qalmışam"
"Neftçi" hücumçusunu zorla heyətdə saxlamaq istəyir! - Məhkəmə olacaq
"Farer adalarına zəif demək düzgün olmaz" - Ağasəlim Mircavadov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası