reklam
44 qat ölkə çempionu elitadan qovulacaq -
Sportfm.az xəbər saytı

44 qat ölkə çempionu elitadan qovulacaq -İttihamlar təsdiqlənərsə


Yunanıstanın “Olimpiakos” klubu Super Liqanı tərk edə bilər.

Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, klubun sahibi və prezidenti Evangelos Marinakisin adının danışılmış oyunlarda hallanmasıdır. Marinakis “Olimpiakos”un iştirakı ilə 2014-cü ildən 2015-ci ilədək olan müddətdə bir neçə oyunun nəticəsinə təsir etməkdə şübhəli bilinir.

Bu ittihamlar təsdiqlənsə, Marinakis ömürlük futboldan diskvalifikasiya olunacaq, “Olimpiakos” isə 3 milyon avro cərimələnməklə yanaşı, elitadan qovulacaq. Marinakis İngiltərənin “Nottinqem Forest” klubunun da sahibidir.

“Olimpiakos” 2014/15 mövsümündə Yunanıstan Super Liqasının və ölkə kubokunun qalibi olub.

Oxşar xəbərlər

“Olimpiakos” - “Qarabağ” oyunu ilə bağlı cəza qərarı - UEFA
Yunanıstan çempionatının qalibi məlum oldu - Sona 7 tur qalmış
Klub prezidenti koronavirusdan sağaldı
Futbolçular karantinə alındı
Yunanıstanın “Olimpiakos” klubunun yeni baş məşqçisi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər