Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Formula 1" avtodromu xəstəxana olacaq
Meksikanın paytaxtı Mexikodakı Rodriges qardaşları adına Avtodromun ərazisində COVID-19 pasiyentləri üçün müvəqqəti xəstəxananın təşkili üçün işlərə başlanılıb.
Sportfm.az xəbər verir ki, bu barədə ölkənin Sosial Təminat İnstitutundan bildirilib. Bu avtodromda 1963-cü ildən "Formula 1" Qran-priləri keçirilir.
Ümumilikdə 216 yerdən 26-sı intensiv respirator terapiyası üçün nəzərdə tutulubsa, qalanları hərəsi 24 çarpayıdan ibarət olmaqla, 8 modula bölünəcək.
Qeyd edək ki, Mexiko şəhəri Meksikada koronavirusa yoluxma sayında regionlar arasında liderdir. Hazırda paytaxtda 1894 COVID-19 xəstəsi var.
Oxşar xəbərlər
Koronavirusa 9 yeni yoluxma - Formula 1
"Formula 1" yarışında azarkeşlər iştirak edəcək
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Böyük Britaniya 5 il “Formula 1”ə ev sahibliyi edəcək
“Formula 1” üçün tribunaların quraşdırılmasına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası