Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Formula 1" yarışında azarkeşlər iştirak edəcək
"Formula 1" üzrə İtaliyanın İmola şəhərində keçiriləcək Emili-Romani Qran-prisində tribunalar qismən dolacaq.
Sportfm.az xəbər verir ki, bu barədə İmola trasının direktoru Uberto Selvatiko Estense "Autosport"a açıqlamasında məlumat verib.
O, avtodromun bütün stendlərindən istifadə etməyi planlaşdırdıqlarını bildirib: "Sosial məsafəni qorumaq üçün insan qruplarını 3 sıra oturacaqlar ayıracaq. Azarkeşlər hər biri 1000 nəfərdən ibarət bloklara bölünəcək və hər blok bir yerdə maşın saxlaya biləcək".
Qeyd edək ki, Emili-Romani Qran-prisi 31 oktyabr - 1 noyabrda gerçəkləşəcək. Bu mövsüm 11 - 13 sentyabrda keçirilmiş Toskana Qran-prisində ilk dəfə azarkeşlər iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan Qran-prisində bir ilk - Formula 1
Koronavirusa 9 yeni yoluxma - Formula 1
İtaliya Qran-prisi azarkeşsiz keçiriləcək - Formula 1
Mövsümün tam təqvimi məlum oldu - "Formula 1"
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)











Misli Premyer Liqası