reklam
Türkiyə Superliqasının yayım hüququ neçə milyon dollara satıldı?
Sportfm.az xəbər saytı

Türkiyə Superliqasının yayım hüququ neçə milyon dollara satıldı?


Türkiyə Superliqasını və I liqasını qarşıdakı 5 ildə yayımlayacaq şirkət müəyyənləşib. Sportfm.az xəbər verir ki, bu gün Türkiyə Futbol Federasiyasının inzibati binasında bununla bağlı tender təşkil edilib. Federasiya prezidenti Yıldırım Dəmirörən başda olmaqla federasiya rəsmiləri, klub nümayəndələri və milli komandanın baş məşqçisi Fatih Terimin də qatıldığı tenderdə yalnız "Digitürk” və "Turkcell” şirkətləri iştirak ediblər. Yekunda isə qalib "Digitürk” olub.
Qarşıdakı 5 mövsümdə (2017-18, 2018-19, 2019-20, 2020-21, 2021-22) Superliqa və I divizion qarşılaşmalarının yayım hüququna malik olan adıçəkilən şirkət bunun müqabilində 500 milyon dollar və əlavə dəyər vergisi ödəyəcək. "Digitürk”ün əlavə gəlir vergisi ilə birlikdə ümumilikdə 600 milyon dollara yaxın xərcinin çıxması gözlənilir.
Beləliklə, futbolsevərlər Türkiyə çempionatlarının matçlarını qarşıdakı 5 mövsümdə də Lig TV kanalından canlı izləyə biləcəklər.

Oxşar xəbərlər

Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Türkiyə çempionatı ən bahalı liqalar sırasında - SİYAHI
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Türkiyə yığmasının baş məşqçisi məlum oldu
Günün matçlarını yayımlayacaq kanallar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər