reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk:"Qarabağ" üzərində qələbə daha vacibdir" -YENİLƏNİB


Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyununda "Qəbələ” Belçikanın "Anderlext” komandasını qəbul edəcək. Sportfm.az xəbər verir ki, "Bakcell Arena”da baş tutacaq "Qəbələ” – "Anderlext” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı keçirilir. İlk olaraq jurnalistlərin önünə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və komandanın forvardı Baqali Dabo çıxıb. Ukraynalı çalışdırıcı matçın turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımadığını bildirib:"Qrupdakı rəqiblər bizdən bir baş üstündür. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hücumçumuz Zenyov bu matçda bizə kömək edə bilməyəcək. Əvəzində Dabo və Nika artıq sıraya dönüb. Bu oyunda ehtiyat qüvvəni görmək istəyirəm. Belə matç meydana çıxacaq futbolçular üçün güclü motivasiya olmalıdır. Biz meydandan qalib ayrılacağımıza inanırıq. "Qarabağ" üzərində qələbəni daha vacib sayıram".   

Oxşar xəbərlər

Baqali Dabo:" Bunun bu görüşdə təsiri olacağını zənn etmirəm"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”
Roman Qriqorçuk:”Komandamın necə oyun sərgiləyəcəyini özümdə bilmirəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər