Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vaqif Cavadov futbol klubu yaratdı -ÖZƏL
Uzun müddətdir klubsuz qalan yığma komandamızın sabiq hücumçusu Vaqif Cavadov bundan sonra top oyununun sirlərini uşaqlara öyrədəcək. Bu haqda Sportfm.az saytına Cavadovun qohumu, hazırda "Sumqayıt"ın şərəfini qoruyan İlqar Qurbanov məlumat verib. "Azleader" futbol klubunda 4-14 yaş arası uşaqlar məşq edə biləcək. V.Cavadovun yeni təsis etdiyi klubun ofisi paytaxtda, Xətai prospekti 15-də yerləşir. Uşaqlar yayda məşqlərini "Sevgililər parkı"nda yerləşən süni örtüklü meydançada, qış aylarında isə Xətai prospektində yerləşən "Azfar" qapalı meydançalarında keçirəcək.
Qeyd edək ki, vaxtilə Moskva ÇSKA-sının şərəfini qoruyan Vaqif "Keşlə"dən ayrıldıqdan sonra klubsuzdur.
Oxşar xəbərlər
Vaqif Cavadov "Sumqayıt"ın məşqçisi təyin edildi
Vaqif Cavadov Qazaxıstan klubunu tərk etdi - Ayrılıq
Azərbaycanın veteran futbolçusu vəfat etdi - Koronavirusdan
Vaqif Cavadov borca görə evini satdı
Vaqif Cavadov Bakıda qaldı!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası