reklam
Vaqif Cavadov Bakıda qaldı!
Sportfm.az xəbər saytı

Vaqif Cavadov Bakıda qaldı!


Vaqif Cavadov özünə yeni klub tapıb. Apasport.az-ın məlumatına görə, millimizin keçmiş hücumçusu karyerasını AZAL-da davam etdirəcək.
 
Bu barədə "təyyarəçilər”in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov açıqlama verib. Klub rəsmisi təcrübəli futbolçu ilə anlaşdıqlarını və mövsümün sonuna kimi müqavilə imzaladıqlarını deyib.
 
Yusifov həmçinin bildirib ki, sabah istirahət günü olduğundan Vaqif birisigündən komandaya qoşulub məşqlərə başlayacaq.
 
Qeyd edək ki, "Sumqayıt”dan ayrıldıqdan sonra qış fasiləsini klub axtarmaqla keçirən Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.

Oxşar xəbərlər

Vaqif Cavadov "Sumqayıt"ın məşqçisi təyin edildi
Vaqif Cavadov Qazaxıstan klubunu tərk etdi - Ayrılıq
Vaqif Cavadov futbol klubu yaratdı - ÖZƏL
Vaqif Cavadov borca görə evini satdı
Şotlandiya kubokunu qazanan futbolçu Azərbaycan Premyer Liqasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər