SPORTFM.AZ
reklam
Futbolçular üçün xüsusi idman dəstləri hazırlandı -
Sportfm.az xəbər saytı

Futbolçular üçün xüsusi idman dəstləri hazırlandı -FOTO


Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların oyunçuları koronavirus pandemiyasına görə yaranmış fasilədən sonrakı ilk oyunlara xüsusi geyimlərdə çıxacaqlar.

Sportfm.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçuların idman dəstlərində soyad əvəzinə “Black Lives Matter” (“Qaraların həyatı mühümdür”) sözləri qeyd olunacaq.

Bu, mövsümün bərpasından sonrakı 12 oyun üçün keçərli olacaq. Belə ki, iyunun 17-dən etibarən əvvəlki turlardan təxirə salınmış iki oyun baş tutacaq. Daha sonra isə 23-cü turun 10 qarşılaşmasında da oyunçular oxşar formalardan istifadə edəcəklər.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bütün dünyada “Black Lives Matter” şüarı altında müxtəlif etiraz aksiyaları keçirilir. Bununla hər kəs dünyadakı irqçiliyə öz etirazını bildirməyə çalışır.

 

Oxşar xəbərlər

İtaliya klubu yenilik etdi - FOTO
“Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salındı - Premyer Liqa
Çempionatın formatı dəyişdirildi - Gürcüstanda
İtaliya klubu da irqçiliyə etiraz etdi - FOTO
"Liverpul" etiraz edir - ABŞ-dakı irqçiliyə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər