reklam
Yazılmamış qanun pozulur - İspaniyada
Sportfm.az xəbər saytı

Yazılmamış qanun pozulur - İspaniyada


"Real” Madridin yarımmüdafiəçisi İsko müqavilə müddəti  bitdiyi vaxt  İspaniyanın paytaxtını tərk edə bilər. Sportfm.az xəbər veri ki, 24 yaşlı futbolçunun "Kral klubu”yla 2018-ci ilə kimi müqaviləsi var. "El Mundo Deportivo" nəşrinin məlumatına görə, hücumameyilli yarımmüdafiəçi "Barselona”nın maraq dairəsinə düşüb. İspaniya futbolunda katalonlar və madridlilər arasında yazılmamış bir qayda var – heç bir klub rəqib futbolçusuna öz heyətinə cəlb etmir. Bu qayda Luiş Fiqunun transferindən sonra yaranıb. İspaniyalı futbolçu klubda qalıb sözləşməsini yeniləyə bilər və yaxud 2017-ci ilin yay transfer pəncərəsində digər komandaya keçə bilər. O müqavilə müddətini uzatmaqdan imtina edərsə, 2018-ci ildə azad agent  kimi Madridi tərk edə bilər. 
Qeyd edək ki, "Tottenhem” 24 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir.

Oxşar xəbərlər

"Kral klubu" onu geri qaytarmaq istəyir
Messi "Barselona"dan ayrılır?
Daha bir ulduz futbolçusu Çinə köçür
"Napoli" daha bir rekorda imza ata bilər
Qvardiola kimi istəyir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər