"Qalatasaray" yenə xal itkisi ilə üzləşdi -Super Liqa
Türkiyə Super Liqasında 28-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. Açılış matçında “Ankaragücü” “Başakşəhər”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb.
Şənbə günü üç görüş baş tutub. “Beşiktaş” “Dənizlispor”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi rəqibini darmadağın edib. “Kayserispor” “Gənclərbirliyi”ni, “Yeni Malatyaspor” isə “Göztəpə”ni məğlub yola salıb.
Dörd qolun qeydə alındığı “Konyaspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. Son turda “Rizəspor”a məğlub olan “Qalatasaray”, bu turda “Qaziantep”lə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Fənərbaxça” isə “Kasımpaşa”nın qonağı olub və məğlubiyyətlə üzləşib.
Lider “Trabzonspor” bu turda səfərdə “Alanyaspor”la üz-üzə gələcək.
Türkiyə Super Liqası, 28-ci tur
19 iyun
Ankaragücü – Başakşəhər 1:2
Qol: Q.Rodriqes, 12-pen – Aleksiç, 59. Vişça, 73.
20 iyun
Kayserispor – Gənclərbirliyi 2:0
Qol: P.Enrike, 36. Kravets, 89.
Dənizlispor – Beşiktaş 1:5
Qol: Estupinan, 53 – B.Yılmaz, 10. G.Gönül, 61. Nkudu, 67. Lyayiç, 75. Diabi, 78.
Yeni Malatyaspor – Göztəpə 2:1
Qol: U.Bulut, 41. Kyartansson, 78 – A.Öztürk, 76.
21 iyun
Kasımpaşa – Fənərbaxça 2:0
Qol: Tiam, 55. Y.Erdoğan, 90+2.
Qalatasaray – Qaziantep 3:3
Qol: Falkao, 36. Belhanda, 40. Fequli, 66 – Djilobodji, 17. Tvumasi, 78. Maksim, 90+15-pen.
Konyaspor – Sivasspor 2:2
Qol: Şkubiç, 37. Miloşeviç, 44 – Kone, 30. Şkuletiç, 90.
22 iyun
22:00 Alanyaspor – Trabzonspor
22:00 Antalyaspor – Rizəspor
Oxşar xəbərlər
Super Liqada 29-cu tura yekun vuruldu
"Trabzonspor"a çempionluq yolunda növbəti zərbə - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
"Qalatasaray"a Rizədə ikiqat zərbə - Muslera şoku
"Sivaspor" 5 qol buraxdı, "Qalatasaray" 4 qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası