"Trabzonspor"a çempionluq yolunda növbəti zərbə -Super Liqa
Türkiyə Super Liqasında 29-cu tura start verilib.
Sportfm.az xəbər verir ki, turun açılış matçında iki futbolçusunda koronavirus aşkarlanan “Beşiktaş” “Konyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda 3 cavabsız qola sevinib.
Son turda “Kasımpaşa”ya məğlub olan “Fənərbaxça”, bu turda öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib və çətin qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Qaradəniz təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Burda lider “Başakşəhər” “Qalatasaray”la qarşılaşacaq.
Türkiyə Super Liqası, 29-cu tur
26 iyun
Beşiktaş – Konyaspor 3:0
Qol: B.Yılmaz, 40. Dyabi, 45+1. Lens, 52.
27 iyun
Fənərbaxça – Yeni Malatyaspor 3:2
Qol: Muriqi, 70. O.Tufan, 90+1; 90+6 – Ndayişimiye, 81. Donald, 89.
Göztəpə – Alanyaspor 3:3
Qol: S.Gürler, 11. A.Öztürk, 49. Napoleoni, 90 – E.Karaca, 4. Sisse, 45+2; 65.
Trabzonspor – Ankaragücü 1:1
Qol: Sorlot, 3 – Q.Rodriqes, 63-pen.
28 iyun
19:30 Rizəspor – Dənizlispor
19:30 Sivasspor – Kayserispor
22:00 Başakşəhər – Qalatasaray
22:00 Qaziantep – Antalyaspor
29 iyun
22:00 Gənclərbirliyi – Kasımpaşa
Oxşar xəbərlər
Super Liqada 29-cu tura yekun vuruldu
"Qalatasaray" yenə xal itkisi ilə üzləşdi - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
Super Liqada liderlər qalib gəldi
"Sivaspor" 5 qol buraxdı, "Qalatasaray" 4 qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası