reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"a Rizədə ikiqat zərbə -Muslera şoku


Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” doğma meydanda “Antalyaspor”a, “Yeni Malatyaspor” isə “Kasımpaşa”ya məğlub olub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.

Bazar günü daha üç görüş baş tutub. “Qaziantep” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “Gənclərbirliyi” “Konyaspor”u məğlub yola salıb. Səfərdə “Rizəspor”un qonağı olan “Qalatasaray” isə məğlubiyyətlə üzləşib. Oyunda İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera uzun müddətə sıradan çıxıb.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

Fənərbaxça – Kayserispor 2:1
Qol
: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

Göztəpə – Trabzonspor 1:3
Qol
: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.

13 iyun

Başakşəhər – Alanyaspor 2:0
Qol
: M.Tekdemir, 64. Vişça, 79-pen.

Beşiktaş – Antalyaspor 1:2
Qol
: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.

Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol
: Donald, 45+3 – Thiam, 61; 67.

14 iyun

Gənclərbirliyi – Konyaspor 2:1
Qol
: Sio, 60. B.Özdemir, 83 – Yevtoviç, 62.

Qaziantep – Ankaragücü 1:1
Qol
: Maksim, 25-pen – Skarione, 51.

Rizəspor – Qalatasaray 2:0
Qol
: Şkoda, 42. T.Torun, 53.

15 iyun

22:00 Sivasspor – Dənizlispor

Oxşar xəbərlər

"Qalatasaray" yenə xal itkisi ilə üzləşdi - Super Liqa
"Beşiktaş" səfərdə coşdu
"Başakşəhər" 3 xal qazandı, "Beşiktaş" məğlub oldu - Super Liqa
"Trabzonspor" qaldığı yerdən davam etdi
“Başakşəhər” üçün çətin sınaq - Super Liqanın afişası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər