reklam
Sportfm.az xəbər saytı

"Boavişta"nın baş məşqçisi yığmamızın üzvündən danışdı


Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” Portuqaliya Premyer Liqasının XI turunda öz meydanında Lissabonun "Sportinq" klubunu qəbul edəcək.  
Futbol11.az xəbər verir ki, Portu təmsilçisinin çalışdırıcısı Migel Leal çempionluğa iddialı komandaya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. 51 yaşlı mütəxəssis çətin sınaq qarşısında olduqlarını söyləyib:
"Güclü komandaya qarşı oynayacağıq. Təbii ki, bizim hədəflərimiz dəyişməzdir və bu matçda da istəyimiz 3 xaldır. "Rio Ave" üzərində qazandığımız qələbənin ardını davam etdirmək istəyirik. Qazanılan hər qələbə bizdə özünəinam hissi yaradır".  
Leal bu mövsüm heyətə düşməkdə çətinlik çəkən futbolçulardan danışıb: "Hamıya tapşırıqlar verilir və hər kəs çalışır. Kim hazırdırsa, əsas heyətdə oynayır. Start heyətə düşməyən futbolçulara da zaman-zaman özlərini göstərmək üçün şans verəcəyik. Onlar bu imkandan yararlanmalıdırlar".  
Qeyd edək ki, Kamran Ağayev "Boavişta"da start heyətdə şans qazansa da, Emin Mahmudov debüt etməyib.

Oxşar xəbərlər

Kamran Ağayev səhv etdi, komandası məğlub oldu
Emin Mahmudov Portuqaliyada debüt etdi
Kamran Ağayevin "Boavişta"sı "Sportinq"ə qarşı
Kamran Ağayevin etdiyi səhv komandasını uduzdurdu
Kamran Ağayev qol buraxmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər