Kiyevdə qətl törədən azərbaycanlı idmançı çıxdı -FOTO
Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun idmançı olduğu müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub. O, 20 fevral 1987-ci ildə Qazaxıstanın Karaqanda şəhərində doğulsa da, idmançı kimi nailiyyətlərini Bakıya gəldikdən sonra əldə edib.
Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-cu ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.
Qeyd edək ki, Yasin Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 2018-ci il iyulun 3-də Kiyevdəki "Dolma" restoranında Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, o, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub. Həsənov Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olub. Araşdırma zamanı məlum olub ki, Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub.
2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyevdə odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib. Faktla bağlı Baş İdarədə onun ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir ("Report").
Oxşar xəbərlər
7 yaşlı uşaq cüdo zalında necə ölüb? - Aydınlaşdı
İdman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırıldı
Dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA
Güləş Federasiyasından oğurluq edənlər tutuldu - VİDEO
Qətl törədən azərbaycanlı idmançı ilə bağlı qərar verildi - Ukraynada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası